Dünya
Braziliyanın San Paulu şəhərində baş vermiş atışma nəticəsində 11 nəfər ölüb
[ 08 Mart 2015 04:32 ]
Bakı-APA. Braziliyanın San Paulu şəhəri ətrafında baş vermiş atışma nəticəsində 11 nəfər ölüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, atışma şəhərətrafı rayonun ərazisində 4 müxtəlif yerdə baş verib. Hadisə nəticəsində, həmçinin, 5 nəfər yaralanıb.
Polis qətllərin bir-biri ilə əlaqəli və mütəşəkkil cinayətlə bağlı olduğunu ehtimal edir.