İqtisadiyyat

Bolqarıstan Azərbaycanı və “Cənub” qaz dəhlizi layihəsini hər zaman dəstəkləyəcək

Metbuat.az

Bakı, 5 mart,

AZƏRTAC

Bolqarıstanda siyasi hakimiyyəti kimin təmsil etməsindən asılı olmayaraq hər zaman Azərbaycan və “Cənub” qaz dəhlizi dəstəklənəcək. Çünki bu layihə Bolqarıstanın qaz-nəqliyyat sisteminin inkişafına güclü təkan verəcək.


AZƏRTAC

xəbər verir ki, bu sözləri martın 4-də Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Sofiyada keçirilən mətbuat konfransında deyib. Bolqarıstanın Baş naziri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin önəmindən də danışıb.