İqtisadiyyat
Bölgələrə yola çıxan sürücülərin nəzərinə
Bakı, 19 mart,
AZƏRTACNəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib.
NİİM-dən
AZƏRTAC-a bildiriblər ki, bayram günləri ilə əlaqədar bölgələrə səfər edənlərin çox olması səbəbindən axşam saatlarında Bakı-Sumqayıt şosesində yarana biləcək sıxlığı nəzərə alaraq səfərlərin daha erkən saatlara planlaşdırılması tövsiyə olunur.
Eyni zamanda bildirilib ki, NİİM bayram günlərində də öz işini davam etdirəcək. Günün 24 saatı ərzində nəqliyyat axınının vəziyyəti, yollarda, ictimai nəqliyyatda yaranmış problemlərlə bağlı “141” Qaynar xəttinə müraciət etmək olar.