Dünya

BMT Tunisdə törədilən terror aktını pisləyib

Metbuat.az

Bakı. 19 mart. REPORT.AZ/

BMT

-nin Təhlükəsizlik Şurası Tunisdə törədilən terror aktını pisləyib.


"Report"un RİA "Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ən azı 21 nəfərin həlak olduğunu hücumu qətiyyətlə pisləyən BMT-nin Təhlükəsizlik Şurası, bu cür hücumlara aidiyyəti olan bütün şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb.


Xatırladaq ki, martın 18-də naməlum şəxslər Tunisin paytaxtındaki “Bardo” Milli Muzeyinə hücum edərək orada olan turistlərə atəş açıblar. Nəticədə 17 turist və 4 yerli sakin öldürülüb. Öldürülənlər arasında Fransa, Polşa, İspaniya, İtaliya və Almaniya vətəndaşları var. 50-yə yaxın insan zərər çıkib.


Terror aktına görə məsuliyyəti İslam Dövləti qruplaşması öz üzərinə götürüb.