İqtisadiyyat
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Bakı, 31 mart,
AZƏRTACYeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi və qaz tənzimləyici qurğunun quraşdırılması ilə əlaqədar bu gün saat 12-dək Bərdə, saat 16-dək Bakının Sabunçu, saat 18-dək Ağdaş və Şəki, işlər başa çatanadək isə Bakının Binəqədi, Xətai və Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Bu barədə
AZƏRTAC-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.