İqtisadiyyat

Bir ayda ölkəmizə 7511 ədəd avtomobil idxal olunub

Metbuat.az

Bakı, 30 mart,

AZƏRTAC

 


Fevral ayında Azərbaycana 7511 ədəd avtomobil idxal edilib.


AZƏRTAC

Dövlət Gömrük Komitəsinin məlumatına istinadla bildirir ki, onlardan 7031-i minik avtomobili, 119-u on nəfərdən çox adam daşıyan nəqliyyat vasitəsi,339-u yük avtomobili, 22-si isə xüsusi təyinatlı avtomobil olub.


Bu ilin iki ayı ərzində ölkəmizə 534,789,96 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal olunub. Ötən ilin eyni dövründə isə bu sahədə idxalın dəyəri 108,157,71 min dollar təşkil edib.