Ölkə

Binəqədidə 2 nəfər bıçaqlanıb

Metbuat.az

Bakıda iki nəfəri bıçaqlayan şəxs tutulub. Lent.az-ın daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da Tural Məlikova və Əsgərxan Cəbrayılova bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vurmuş Bakı şəhər sakini Təbriz Quliyev tutulub.

Araşdırmalar davam etdirilir.