Maraqlı

Berluskoni qocalara sonuncu dəfə xidmət edir

Metbuat.az

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni qocalar evində sonuncu dəfə ictimai işləri yerinə yetirməyə başlayıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Milan məhkəməsi "Mediaset" şirkətində maliyyə fırıldaqlarına görə ona bu cəzanı tətbiq etmişdi.

S.Berluskoni qocalar evində 4 saat Altsheymer xəstələrinin qayğısına qalacaq.

O, ictimai işlərə ötən il mayın 9-da başlamışdı. Məhkəmə daha əvvəl keçmiş Baş nazirin cəzasını 45 gün azaltmışdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az