Ölkə

Bərdədə qüvvəli yem istehsalı müəssisəsi yaradılır

Metbuat.az

Bərdə, 9 mart, Tahir Ağaməmmədov,

AZƏRTAC

Bərdə rayonunun Mehdili kəndində qüvvəli yem istehsalı müəssisəsi yaradılır.


AZƏRTAC

xəbər verir ki, tikintisinə ötən ilin noyabrında başlanılan müəssisənin yaradılmasında İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə edilib. İstehsal gücü saatda 10 ton olan müəssisədə Türkiyədən gətirilmiş avadanlıq quraşdırılıb. İstehsal və emal prosesi tam avtomatlaşdırılıb.


Hazırda yem istehsalı müəssisəsinin tikintisində son tamamlama işləri aparılır. İnşaat işlərinin martın sonunadək başa çatdırılması nəzərdə tutulur. Müəssisədə üç çeşiddə 50 kiloqramlıq kisələrdə qablaşdırılmış yem istehsal olunacaqdır. Müəssisənin istifadəyə verilməsi ilə 20-dən artıq yeni iş yeri açılacaqdır.