Maraqlı

Bəladan qurtulan "gözəllik kraliçası": "İbadətə başlayıram" - FOTO

Metbuat.az
"Başıma gələnlər, xüsusilə də həyatımın ən ağır anlarında minlərlə, on minlərlə insanın mənə heç bir təmənna olmadan, səmimi şəkildə dəstək olmaları yaşama yenidən baxmağıma səbəb oldu. Qəlbimdə indi Tanrıya böyük sevgi var. Anladım ki, sağ qalmağımda, bəladan qurtarmağımda, ağır problemlərin çözülməsində Tanrının istəyi olub. Ona görə də Tanrıya tapınıram və ibadətlərə başlayıram".
 
Milli.Az The Mirror-a istinadən bildirir ki, Braziliyanın məşhur modellərindən biri, "Miss Bumbum" Andressa Urax belə deyib.
27 yaşlı braziliyalı supermodel Andressa Urax baldırlarının ölçülərini artırmaq üçün plastik cərrahiyyə əməliyyatına məruz qalandan sonra onun orqanizmində zəhərlənmə, sepsis başlanmışdı.
 
Braziliyada ən gözəl baldırlı xanımı müəyyənləşdirmək üçün keçirilən "Miss BumBum 2014" müsabiqəsində qalib gələndən sonra A.Urax "daha gözəl" görünmək istəyib və San-Paulu şəhərindəki klinikalardan birinə üz tutub.
 
Onun baldırlarına hidrogel vurulub, ölçülər böyüdülüb.
 
Amma əməliyyatdan 5 gün sonra Andressa Urax özünü pis hiss edib. 10 gün sonra isə onun baldırları şişib, qaralmağa başlayıb.
Yenidən hospitala aparılan A.Uraxı müayinə edən həkimlərin dediklərinə görə, qadının baldırlarına ikiqat dozada PMMA adlı toksik hidrogel vurulub.
Belə inyeksiyalardan Braziliyada ötən il 6 qadın ölmüşdü.
 
Hospitalda yenidən əməliyyat olunan, sonra koma vəziyyətinə düşdüyü üçün intensiv terapiya bölməsinə köçürülən və süni tənəffüs aparılan qoşulan A.Urax ölümdən dönmüşdü.
 
Andressanın sözlərinə görə, baldırlarının ölçülərini artırmaq üçün plastik cərrahiyyə əməliyyatı zamanı əzələlərinə gel və dərmanların vurulması nəticəsində başlanmış çürümə amputasiya, ayağının kəsilməsi ilə başa çata bilərdi.
 
"Amma Tanrının mənə yazığı gəldi, ayaqlarım kəsilmədi. Taleyimə şükür edirəm. Tanrı mənimlədir və mən də bundan sonra daim onun sadiq qulu olacağam", - A.Urax deyib.
 
Milli.Az