Bədənin çəkisini daim yoxlamaq arıqlamağa kömək edir
Bakı, 5 mart,
AZƏRTACBədənin çəkisini müntəzəm yoxlamaq arıqlamağa kömək edir.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, belə bir qənaətə Dyuk Universitetinin (Kaliforniya ştatı) alimləri gəliblər.
Alimlər 47 kişinin iştirakı ilə tədqiqat aparıblar. Könüllərin hamısı arıqlamaq istəyib. Lakin bir qrup bədənin çəkisini tez-tez ölçüb, digəri isə bunu vaxtaşırı edib. Bədənin çəkisini müntəzəm yoxlamaq birinci qrupdakıların öz çəkisinə nəzarət etməsinə kömək edib və onların son nəticələri bədəninin çəkisini hərdənbir yoxlayan könüllülərdən daha yaxşı olub.
Diyetoloqlar arıqlamaq prosesində tərəziyə hər gün eyni vaxtda çıxmağı və çəkini acqarına ölçməyi məsləhət görürlər. Bədənin çəkisini ölçmək üçün ən yaxşı vaxt səhər saatlarıdır. Dəqiq çəkini və onun normaya uyğun olub-olmadığını yalnız bu cür müəyyən etmək olar.