Ölkə

Bayramda "partladan" əməliyyatı

Metbuat.az

Bayram günləri öncəsi bəzi işbazlar Azərbaycana gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə pirotexniki və tezalışan mallar gətirməyə cəhdlər ediblər.



Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, növbəti belə fakt Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb.



İdarənin “Sınıq Körpü” Gömrük Postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Gürcüstan Respublikası vətəndaşı Rustamov Ramil Tahir oğlunun idarə etdiyi “Scania K113” markalı, BR999AT nömrə nişanlı sərnişin avtobusuna “Smiths Heimann HCVG” markalı yoxlama baxış sistemi ilə gömrük baxışı keçirilib.



Baxış zamanı qeyd olunan nəqliyyat vasitəsinin salonunda döşəmənin altında düzəldilən və xüsusi mexanizm ilə işə salınan gizli saxlanc yerindən 2 adda ümumilikdə 39 min 50 ədəd pirotexniki vasitələr gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək götürülüb.



Fakt bağlı təhqiqat aparılır.

Mənbə
ANS PRESS