Ölkə

Bayramda 7 nəfər öldü

Metbuat.az

Bayram günləri ölkə yollarında baş vermiş qəzalar zamanı 7 nəfər ölüb.



Baş Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, martın 8 və 9-da respublika ərazisində 21 yol qəzası baş verib. Qeydə alınan qəzalar zamanı 7 nəfər ölüb, 33 nəfər yaralanıb.



Belə ki, mart ayının 8-də yollarda 9 qəza baş verib. Həmin qəzalarda 2 nəfər ölüb, 16 nəfər yaralanıb.



Həmin qəzalardan üçü Bakının payına düşür. Paytaxtda qeydə alınan qəzalarda 1 nəfər ölüb, 7 nəfər yaralanıb.



Martın 9-da isə 12 yol qəzası olub. Həmin qəzalarda 5 nəfər ölüb, 17 nəfər yaralanıb.



Həmin qəzaların 6-sı paytaxtda baş verib. Bakıda qeydə alınan qəzalarda 5 nəfər ölüb, 3 nəfər yaralanıb.

Mənbə
ANS PRESS