Ölkə

Bayram günü kişi özünü 4-cü mərtəbədən atdı

Metbuat.az

Bayram günündə Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib.



ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bir kişi martın 20-də T.Şahbazi küçəsində 5 mərtəbəli yaşayış evinin 4-cü mərtəbəsinin pəncərəsindən özünü atıb.



Hadisə barədə məlumat daxil olan kimi hadisə yerinə Yasamal rayon Polis İdarəsi 27-ci polis bölməsi əməkdaşları tərəfindnə keçirilib.



Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində pəncərədən özünü atanın Quba rayon sakini Aqşin Babayev olması müəyyən edilib.



Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.



Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Mənbə
ANS PRESS