"Bank VTB (Azərbaycan)" qiymətli metallarla əməliyyatlar üçün lisenziya alıb
. REPORT.AZ/ Azərbaycan Maliy
yə Nazirliyi və Mərkəzi Bank qiymətli metallarl
a əməliyyatların aparılması üçün "Bank VTB (Azərbaycan)" ASC-yə lisenziya verib
.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, verilən lisenziya əsasında Bank qiymətli metalla
rın cəlb edilməsi və yerləşdir
ilməsi, eləcə də alqı və satqı
sı üzrə əməliyyatlar həyata k
eçirə biləcək. Belə ki, "Bank VTB (Azərbaycan)"ın müştəriləri metal hesabların, qiymətli met
allarda əmanətlərin açılması xidmətind
ən istifadə etmək imkanı əldə
edəcək.
Bank qiymətli kağızlarla girov
lu kredit məhsulu təqdim etmək
, eləcə də külçə, xatirə və investisiya sikkələrinin alqı-
satqısını reallaşdırmaq niyyət
indədir.
"Yaxın aylarda Bank qiymətli metallarla bir sıra yeni məhsullar təklif etməyi planlaşdırır. Məlumdur ki, qiymətli metallar çox sərfəli sərmayə hesab olunur. Bu, əmanətlərin qorunması və artırılmasının ən etibarlı üsuludur. Qiymətli metallarla əməliyyatlar müştərilərə vəsaitlərini mümkün risklərdən qorumağa imkan verir", - deyə "Bank VTB (Azərbaycan)"ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.
Xatırladaq ki, "Bank VTB (Azərbaycan)" ASC "VTB Bank"ın törəmə qurumudur. "Bank VTB (Azərbaycan)"ın səhmdarları rolunda "VTB Bank" və "AtaHolding" ASC çıxış edir. Bank korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilər, eləcə də fiziki şəxslərə xidmət göstərir. Bu gün Bank bazarda 14 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub.