İqtisadiyyat

Bank VTB (Azərbaycan) bankların minimal məcmu kapitalına dair tələbini yerinə yetirib

Metbuat.az

Bakı, 4 mart,

AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Rusiya Federasiyasının “ВТБ” Bankının prezidenti və idarə heyətinin sədri Andrey Kostin ilə görüşüb.


Bu barədə Bank VTB (Azərbaycan)dan

AZƏRTAC

-a bildiriblər. Görüşdə qeyd edilib ki, VTB Ataholding ASC ilə birlikdə Bank VTB (Azərbaycan)nı inkişaf etdirir. Ötən il bankın 7 filialı açılıb ki, bununla da onun satış ofislərinin sayı 13-ə çatıb. Bu ilin fevralında bankın Gəncə şəhərində ilk regional filialı istifadəyə verilib.


Andrey Kostin diqqətə çatdırıb ki, VTB-nin Azərbaycandakı bankı bu ilin əvvəlindən Mərkəzi Bank tərəfindən bankların minimal məcmu kapitalına dair (50 milyon manat) tələbini yerinə yetirib. Hazırda isə ölkənin TOP-10 bankı sırasına daxil olmaq üçün Bank VTB (Azərbaycan )ın bütün imkanları mövcuddur.