Texnologiya
Bank ürək döyüntüsünü ölçəcək
Britaniyanın Halifax maliyyə institutu istifadəçinin unikal ürək döyüntüsünü analiz etməklə onun şəxsiyyətini təsdiq edən yeni texnologiyanın sınaqlarını keçirir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Halifax Kanadanın Bionym şirkəti ilə birgə əməkdaşlıqda bilərziyin sınağını aparır. Bildirilir ki, bilərzik vasitəsilə istifadəçilər öz internet banklarına daxil ola biləcəklər.
Mobil qurğulara Bluetooth ilə birləşən bilərzik istifadəçinin unikal elektrokardioqramını tanıyan quraşdırılmış ötürücü ilə təchiz olunub. Bununla Halifax bankının müştəriləri bilərzik vasitəsilə mobil qurğulardan parol və PİN kod daxil etmədən şəxsi kabinetlərinə daxil ola bilərlər.
Ötən ilin sentyabrında Bionym bilərzik üçün 10 min sifariş alıb. Hazırda şirkət Royal Bank of Canada və digər Kanada bankları ilə əməkdaşlıq edir.
Milli.Az