İqtisadiyyat

Bank-kredit təşkilatları tərəfindən verilmiş kreditlərin həcmi artıb

Metbuat.az

Bakı, 15 mart,

AZƏRTAC

Mərkəzi Bankın məlumatına görə, bank-kredit təşkilatları tərəfindən verilmiş kreditlərin həcmi fevralın 1-nə 18,6 milyard manat olub. Bu, ötən ilin əvvəlki dövrü ilə müqayisədə 19,6 faiz artım deməkdir.


Dövlət Statistika Komitəsindən

AZƏRTAC

-a bildiriblər ki, qüvvədə olan kreditlərin 33,3 faizi dövlət, 63,7 faizi özəl banklar, 3 faizi bank olmayan kredit təşkilatlarının payına düşüb. Kreditlərin 79,3 faizini uzunmüddətli kreditlər təşkil edib, 5,5 faizinin ödənilmə vaxtı keçib.