İqtisadiyyat

“Baku Electronics”ə qarşı qiymət manipulyasiyası üzrə iş qaldırılıb

Metbuat.az

Bakı, 4 mart,

AZƏRTAC

“Baku Electronics” MMC-də satılan məişət avadanlıqlarının qiymətlərinin süni şəkildə artırıldığı barədə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə çoxsaylı vətəndaş müraciətləri daxil olub.


Nazirlikdən

AZƏRTAC

-a bildiriblər ki, Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı “Baku Electronics” MMC tərəfindən satılan məişət avadanlıqlarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilib.


Bununla əlaqədar “Baku Electronics” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.