İqtisadiyyat
AZƏRTAC
Bakının Süleyman Rüstəm və Şəmsi Bədəlbəyli küçələrində təmir işləri başa çatdırılıb
Bakı, 29 mart,
AZƏRTACPaytaxtın Süleyman Rüstəm və Şəmsi Bədəlbəyli küçələrində təmir işləri başa çatdırılıb. Bu barədə
AZƏRTAC-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. Bildirilib ki, bu gün səhər saatlarından hər iki küçədə nəqliyyatın hərəkəti tam təmin olunub.
Qeyd edək ki, təmir işləri çərçivəsində beton səki daşları mərmər səki daşları ilə, köhnə asfalt-beton örtük yenisi ilə əvəzlənib.
AZƏRTAC
-0-İM