İqtisadiyyat
Bakının Süleyman Rüstəm küçəsində təmir işləri davam etdirilir
Bakı, 25 mart,
AZƏRTACBakının Süleyman Rüstəm küçəsində təmir işləri davam etdirilir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev
AZƏRTAC-a bildirib ki, uzunluğu 220 metr olan küçədə beton səki daşları mərmər səki daşları ilə əvəzlənib, köhnə asfalt-beton örtüyünün qaşınması işləri başa çatdırılıb. Bu gün səhər saatlarından yeni asfalt-beton örtüyünün döşənməsinə start verilib. Sabahdan etibarən kommunikasiya quyularının dəmir-beton plitələrinin və baxış qapaqlarının dəyişdirilməsinə başlanılacaq.