İqtisadiyyat
Bakının mərkəzi küçəsində avtomobillərin hərəkəti dayandırılıb
Bakı, 22 mart,
AZƏRTACNəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərə xəbərdarlıq edib.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən
AZƏRTAC-a verilən məlumata görə, bu gün səhər saatlarından başlayaraq frezlənmiş hissədə asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar Yusif Səfərov küçəsinin Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev və Babək prospektlərinə çıxışı nəqliyyatın hərəkəti üçün dayandırılıb.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.