İqtisadiyyat
Bakının mərkəzi küçələrində tıxacdır
Bakı. 30 mart. REPORT.AZ/ Həftənin ilk iş günü Bakı küçələrində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, hazırda Bakı - Sumqayıt şossesində, Əbdülrəhim bəy Haqverdiyev - İnşaatçılar prospekti (Olimp istiqamətində) istiqamətində avtomobillərin sıxlığı yaşanır.
Eyni zamanda Bakıxanov küçəsi (nisbi), Ziya Bünyadov prospekti (kənar yolda Gənclik istiqamətində) Ayna Sulktanova parkı (əsas yolda təmir işləri davam edir, yol bağlıdır) Azneft meydanı İstiqlaliyyət və Niyazi küçələrində, habelə Afiyyədin Cəlilov küçəsində (nisbi) sıxlıq var.