İqtisadiyyat

Bakının daha bir küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq

Metbuat.az

Bakı, 19 mart,

AZƏRTAC

Bu gün səhər saat 11:00-dan Bakı-Ələt yolunun Bibiheybət məscidinin qarşısından Bayraq meydanına qədər olan hissəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.


Bu barədə

AZƏRTAC

-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.


Bildirilib ki, nəzərdə tutulan işlərin yaxın 3-4 saat ərzində başa çatdırılması planlaşdırılır.