İqtisadiyyat
Bakıdakı yollardan birində nəqliyyatın hərəkəti məhdudlaşdırılır - FOTO
[ 17 Mart 2015 10:55 ]
Bakı - APA-Economics. Bu gün Bakının Əliyar Əliyev küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, səhər saat 11:00-dan Əliyar Əliyev küçəsinin Heydər Əliyev prospekti ilə kəsişmədən Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər olan hissəsində yolun üfüqi nişanlanması işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudiyyət tətbiq olunacaq.