İqtisadiyyat
Bakıdakı 1-otaqlı mənzilə Avropada nə almaq olar? - FOTO
Bakının 9-cu mikrorayonunda 1-otaqlı, sahəsi 55 kvadratmetr olan mənzil 80 min manata satılır.
Bu, bəhs etdiyimiz birotaqlı mənzilin fotolarıdır.
Azərbaycan manatının avroya olan kursunu nəzərə alsaq, Avropa Birliyi ölkələrindən birində daşınmaz əmlak almaq üçün heç az pul deyil.
Məsələn, Portuqaliyanın dünyaca məşhur Portu şəhərində, dəbdəbəli "Santa Katarina" küçəsindəki yaşayış komplekslərindən birində 5-otaqlı lüks mənzil 75 min avroya satılır.
Mənzil ultramüasir səviyyədə təmir olunub və onu alan şəxsə binanın zirzəmisindəki qarajda 2 avtomobillik yer də verilir.
Portu şəhərinin "Gaya" səmtində isə 5-otaqlı mənzili 72 min avroya almaq mümkündür.
Boavişta səmtinə gəldikdə isə, burada 5-otaqlı mənzil 68 min avrodur.
Milli.Az