Ölkə

Bakıda yaşlı qadına qarşı İYRƏNC ƏMƏL

Metbuat.az

Yarı yolda qadını avtomobildən düşürdülər

Bakıda qadına qarşı quldurluq törədilib. Lent.az-ın məlumatına görə, Xətai rayon Polis İdarəsi, 35-ci Polis Bölməsinə müraciət edən 1955-ci il təvəllüdlü Əliyeva Lamara İlyas qızı tanımadığı şəxsin hücumuna məruz qaldığını bildirib. 60 yaşlı qadın qeyd edib ki, dünən saat 22 radələrində Qara Qarayev prospektindən Hövsana getmək üçün taksiyə minib. Taksi sürücüsü Hövsana getmək istədiyini bildirən orta yaşlı kişini də maşınına əyləşdirib. Qəsəbəyə gedərkən həmin şəxs taksini yarı yolda saxlatdırıb və qadını maşından düşürüb. Qadını bıçaqla hədələyən naməlum sərnişin ondan 100 manat pul alaraq uzaqlaşıb.

Faktla bağlı Xətai RPİ-də cinayət işi açılıb. Taksi kimi istifadə edilən avtomobil və onun sürücüsü müəyyən edilib. Araşdırmalar davam etdirilir.