Ölkə

Bakıda yaşayış binasında yanğın: vətəndaşlar təxliyyə olunub

Metbuat.az

Azərbaycan, Bakı, 3 mart /Trend/

Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzilin 2 otağı, dəhlizi və vanna otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.

Trend-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən binadan 15 nəfər sakin təhlükəsiz yerə təxliyyə olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az