İqtisadiyyat
Bakıda Xurşidbanu Natavan küçəsinin təmirinə başlanılıb
Bakı, 13 mart,
AZƏRTACPaytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində Xurşidbanu Natəvan küçəsinin təmirinə başlanılıb. Bu barədə
AZƏRTAC-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib.
Qeyd olunub ki, uzunluğu 1800 metr olan küçənin eni keçdiyi ərazilərdən asılı olaraq 14-15 metr arasında dəyişir. Artıq yolun 600 metrlik hissəsində köhnə asfalt-beton örtük qaşınaraq yenisi ilə əvəzlənir. İşlərin intensiv aparılması məqsədilə təmir işləri gecə saatlarında da davam etdirilir.