İqtisadiyyat

Bakıda “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası ASC-nin nümayəndə heyətləri ilə görüş keçirilib

Metbuat.az

Bakı, 12 mart,

AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Rusiya Federasiyasının “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası ASC-nin nümayəndə heyətləri ilə görüş keçirilib.


Bu barədə

AZƏRTAC

-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.


Səhmdar cəmiyyətin sədri Cavid Qurbanov Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr, vaqon parkının hazırkı vəziyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan dəmiryolçuları Rusiyalı həmkarları ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verir.


“Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası ASC-nin baş direktoru Oleq Sienko əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Görüşdə, həmçinin Azərbaycan Dəmir Yolunun vaqon parkının yenilənməsi ilə bağlı müzakirələrin davam etdirilməsi də qərara alınıb.


Tədbirin sonunda müvafiq protokol imzalanıb.