İqtisadiyyat
Bakıda sürət həddi aşağı salınan avtomobil yollarında köhnə sürət həddi bərpa olunub
Bakı, 31 mart,
AZƏRTACYağmurlu hava şəraiti ilə əlaqədar olaraq sürət həddi aşağı salınan Böyükşor yol qovşağı - Heydər Əliyev Beynəlxalq Aeroportu - Mərdəkan dairəsi - Bilgəh, eləcə də Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu beton yolda hərəkət sürəti bərpa olunub.
Bu barədə
AZƏRTAC-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Pünhan Mürsəliyev bildirib ki, hava şəraiti normallaşdıqdan sonra yollar üzrə sürət həddi müvafiq olaraq 120 kilometr/saat, 100 kilometr/saat, 80 kilometr/saat olub.