Ölkə
ANS PRESS
Bakıda qızqanc ər arvadını şil-küt etdi
Bakıda kişi arvadını döyüb. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, axşam saatlarında evə gələn 33 yaşlı D.F. həyat yoldaşı ilə mübahisə edib.
Onların arasında mübahisə qısqanclıq üstündə yaranıb. Əsəblərini cilovlaya bilməyən ər arvadını vəhşicəsinə döyüb.
Qadın baş və qarın nahiyyəsində küt ağrılarla xəstəxanaya aparılıb. Həkimlər ona ilkin yardım göstəriblər v evə buraxılıb.
Qeyd edək ki, qadının 4 aylıq körpəsi var.
Polisdən ANS PRESS-ə bildirdilər ki, məsələyə polis qarışandan sonra artıq ərlə arvad arasında yaranan problem həll olunub. Ailədə barışıq yaranıb.
MənbəANS PRESS