İqtisadiyyat

​Bakıda Qələbə dairəsi kiçildilir

Metbuat.az

Bakı. 18 mart. REPORT.AZ/ Bakı şəhərinin "Qələbə" kinoteatrı qarşısındakı dairənin diametri kiçildilərək hərəkət zolaqlarının sayı artırılır. Bu, Bakıda nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində həyata keçirilən işlər çərçivəsində icra edilir. Bunu "Report"a

Nəqliyyat Nazirliyi

"

Azəryolservis

" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.


Onun sözlərinə görə, artıq yol yatağı hazırlanan hissədə asfalt-beton örtüyünün döşənməsinə başlanılıb.


"Əlavə olaraq hərəkət istiqaməti dəyişdirilən hissəyə qoyulmuş beton bloklar mərmər səki daşı ilə əvəzlənəcək. İşlərin mart ayı ərzində yekunlaşması gözlənilir", - deyə P. Mürsəliyev bildirib.