Ölkə

Bakıda NATO ekspertlərinin təlim kursu başlayıb

Metbuat.az

Bakı, 3 mart,

AZƏRTAC

 


Martın 3-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Birləşmiş Təhlil və Öyrənilmiş Təcrübələr Mərkəzinin ekspertlər qrupu tərəfindən təlim kursu başlayıb.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, kursda Silahlı Qüvvələrin şəxsi heyəti üçün NATO-da öyrənilmiş təcrübələr şəbəkəsinin qurulması və bu prosesin hansı mərhələləri əhatə etməsinə dair təqdimatların verilməsi nəzərdə tutulub.


Təlim kursu martın 5-dək davam edəcək.