Ölkə
Bakıda gənclər üçün əmək yarmarkası keçiriləcək
Bakı, 13 mart,
AZƏRTACYeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Nəsimi rayon Məşğulluq Mərkəzinin birgə təşəbbüsü ilə martın 18-də Nizami Kino Mərkəzində gənclər üçün əmək yarmarkası keçiriləcək.
Saat 10.00-dan 13.00-dək keçiriləcək tədbirin məqsədi gənclərin məşğulluq probleminin aradan qaldırılmasına töhfə vermək, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla təsdiq edilən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na dəstək olmaqdır.
Əmək yarmarkasında gənclərin bütün sosial təbəqələrini əhatə edən və müxtəlif ixtisas və peşələrə aid yüzlərlə vakant iş yeri təqdim olunacaq.