Ölkə
ANS PRESS
Bakıda dəhşət: kişi özünü 9-cu mərtəbədən atdı
Bakının Suraxanı rayonunda dəhşətli hadisə baş verib.
Suraxanı rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Yeni Günəşli qəsəbəsində yaşayış binaların birindən 9-cu mərtəbəsindən kişi yıxılıb. Kişi hadisə yerində dünyasını dəyişib.
Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı dünyasını dəyişən şəxsin 1979-cu il təvəllüdlü Elman Mehdiyev olduğu məlum olub.
Məlum olub ki, həmin şəxs intihar edib.
İlkin məlumata görə, Elman Mehdiyevin banklara külli miqdarda kredit borcu olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır
MənbəANS PRESS