İqtisadiyyat

Bakıda bir neçə küçənin 4 hərəkət zolağına uyğun yenidən qurulması planlaşdırılır

Metbuat.az

Bakı, 13 mart,

AZƏRTAC

Yaxın vaxtlarda Bakının Şəfayət Mehdiyev küçəsinin Haqverdiyev küçəsi ilə kəsişməsindən Hüseyn Cavid parkına qədər olan hissəsinin 4 hərəkət zolağına uyğun yenidən qurulması nəzərdə tutulub.


“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildirilib ki, hazırda tikinti altına düşən maneələr (yaşayış, qeyri-yaşayış və torpaq sahələri) barədə məlumatların toplanılmasına başlanılıb. Sözügedən yolun salınması ilə bağlı “Azəryolservis” ASC aidiyyatı qurumlardan cəmiyyət ilə razılaşdırmadan həmin ərazidə həyata keçirilən bütün növ tikinti işlərinin dayandırılmasını xahiş edir.