İqtisadiyyat
Bakıda bir neçə küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bakı, 25 mart,
AZƏRTACBu gün saat 23:00-dən etibarən təmir işləri ilə bağlı Heydər Əliyev prospektinin Həsənoğlu küçəsi ilə kəsişməsindən şəhər istiqamətinə, eyni zamanda Xətai prospektinin Yusif Səfərov küçəsinə çıxışı nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Bu barədə
AZƏRTAC-a "Azəryolservis"dən məlumat verilib. Həmçinin bildirilib ki, martın 26-sı səhər saat 07:00-dan etibarən təmir işləri ilə bağlı Şəmsi Bədəlbəyli küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlanacaq.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.