Ölkə

Bakıda bina yandı, sakinlər təxliyyə olundu

Metbuat.az

Bakıda binada yanğın hadisəsi baş verib.



ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, hadisə nəticəsində Yasamal rayonundakı beşmərtəbəli yaşayış binanın pilləkan qəfəsinin altında yığılmış məişət tullantıları, istifadəsiz avtomobil ehtiyyat hissələri 6 kv.m sahədə, pilləkan qəfəsində quraşdırılmış elektrik sayğacı və 6 ədəd qaz sayğacı yanıb.



Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər sakin təhlükəsiz yerə təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub.



Yanğın saat 05:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mənbə
ANS PRESS