Ölkə

Bakıda beynəlxalq onkoloji elmi konfrans keçiriləcək

Metbuat.az

Bakı, 11 mart,

AZƏRTAC

Martın 14-15-də Bakıdakı “Four Seasons” hotelinin “Rast” konfrans zalında beynəlxalq onkoloji elmi konfrans keçiriləcək.


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) və ABŞ-ın MD Anderson Xərçəng Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək konfransda bir çox ölkələrin tanınmış onkoloqları bir araya gələcəklər.


MOM-dan

AZƏRTAC

-a verilən məlumata görə, konfransda yerli və xarici mütəxəssislər qaraciyər, qırtlaq, qalxanabənzər və süd vəziləri xərçənginin müalicəsindəki yeniliklər, habelə pediatrik onkologiyaya dair məruzə edəcəklər.