Ölkə
Bakıda Azərbaycan və Niderland XİN-ləri arasında məsləhətləşmələr keçirilib
Bakı. 31 mart. REPORT.AZ/ Bakıda Azərbaycan və Niderlandın Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr baş tutub.
"Report" Niderlandın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, məsləhətləşmələrin keçirilməsi üçün Niderland XİN baş direktorunun siyasi məsələlər üzrə müavini Andre Haspels Bakıya gəlib.
Məsləhətləşmələr zamanı Azərbaycan xarici işlər naziri
Xələf Xələfovvə A.Haspels ölkələr arasında ikitərəfli münasibətlərin cari səviyyəsi, eləcə də onların inkişaf perspektivlərini müzakirə ediblər.