Ölkə

Bakıda 5 maşın toqquşdu: ölən var

Metbuat.az

Ötən gün saat 11 radələrində Bakının Binəqədi rayonunda ölümlə nəticələnən zəncrvari yol qəzası baş verib. ANS PRESS-in Daxili İşlər Nazirlyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə Ə.Naxçıvani küçəsində Gürcüstan vətəndaşı Samirə Usubovanın idarə etdiyi “Toyota” və Bakı şəhər sakini Həsənağa Məmmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.



Qəzadan sonra idarəetməni itirən S.Usubova avtomobilini yolun kənarında dayanmış İntiqam Xəlilova məxsus “Hyundai”, Kamil Məmmədova məxsus “BMW” və Göyçay rayon sakini Seymur Vəliyevə məxsus “KİA” markalı avtomobillərə çırpılıb.



Bundan sonra hadisə yerinin yaxınlığından keçən Abşeron rayon sakini Şöhrət Orucovu vurub. Xəstəxanaya yerləşdirilən Ş.Orucov orada ölüb.



Binəqədi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Mənbə
ANS PRESS