İqtisadiyyat
AZƏRTAC
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi üzrə işlər sürətlə aparılır
Bakı, 6 mart, Nihat Budaqov,
AZƏRTACBakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti bu ilin sonunda istifadəyə veriləcək. Bu dəmir yolu xətti bütün Avropa, Orta Asya və Uzaq Şərq ölkələrinin xidmətində olacaq.
AZƏRTAC
Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə qardaş ölkənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Lütfi Əlvan məlumat verib. O deyib ki, tarixi İpək yolunu yenidən həyata keçirəcək layihələr Marmaray ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Qış ayları olmasına baxmayaraq BTQ dəmir yolu xəttinin tikintisi üzrə işlər sürətlə aparılır.