Ölkə

Bakı Ali Neft Məktəbində Novruz bayramı qeyd olunub

Metbuat.az

Bakı, 19 mart,

AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) Novruz bayramına həsr olunan tədbir keçirilib.


BANM-dan

AZƏRTAC

-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru Elmar Qasımov müqəddəs Novruz bayramı münasibətilə Azərbaycan xalqını, Bakı Ali Neft Məktəbinin əməkdaşlarını, müəllim və tələbələrini təbrik edib, xoş arzularını çatdırıb.


Tədbirdə Novruz adət-ənənələri barədə geniş məlumat verilib. Daha sonra tələbələr bayrama həsr olunan musiqili kompozisiyalar göstərib, mahnı və rəqslər ifa ediblər.