İqtisadiyyat

Babək prospektinin və Yusif Səfərov küçəsinin Heydər Əliyev prospektinə çıxışı nəqliyyatın hərəkəti üçün açılıb

Metbuat.az

Bakı, 27 mart,

AZƏRTAC

Babək prospektinin və Yusif Səfərov küçəsinin Heydər Əliyev prospektinə çıxışı nəqliyyatın hərəkəti üçün tam açılıb.


Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev

AZƏRTAC

-a bildirib ki, artıq Babək prospektindən Xətai prospektinə və Koroğlu Rəhimov küçəsinə hərəkət etmək istəyən nəqliyyat vasitələri tunel vasitəsilə Yusif Səfərov küçəsinə çıxaraq həmin istiqamətlərə maneəsiz hərəkət edə bilərlər. Heydər Əliyev prospektinə isə Babək prospektindən birbaşa çıxmaq mümkündür. Hərəkət istiqamətində edilən dəyişiklik həmin ərazidə yaranan sıxlığın aradan qaldırılmasına hesablanıb.