İqtisadiyyat

“Azəryolservis” ASC-nin əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar

Metbuat.az

Bakı, 19 mart,

AZƏRTAC

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar.


Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev

AZƏRTAC

-a bildirib ki, iş günləri ilə müqayisədə bayram günlərində nəqliyyat vasitələrinin sayının azlığı nəzərə alınaraq həyata keçirilən işlərlə yanaşı, digər ərazilərdə nəzərdə tutulan işlər davam etdiriləcək. Heydər Əliyev Mərkəzinin qarşısından Baş Polis İdarəsinə qədər olan hissədə asfalt-beton örtüyünün üst qatının yenilənməsi, Ziya Bünyadov prospektinin Azadlıq və Atatürk prospektləri ilə kəsişməsində yerləşən yolötürücülərin Xutor dairəsindən Böyük Şor istiqamətinə olan hissəsində temperatur tikişlərinin dəyişdirilməsi və hazırda həyata keçirilən digər işlər davam etdiriləcək. Bundan əlavə, bayram günlərində səhmdar cəmiyyətin mərkəzi aparatında 24 saat ərzində fəaliyyət göstərən növbətçilər avtomobil yollarındakı vəziyyət və görülən işləri qeydə alacaqlar.


Məlumat vermək məqsədilə 012-493-76-17, 012-499-79-14 nömrələrinə zəng vuraraq növbətçilərlə əlaqə saxlamaq olar.