İqtisadiyyat

"Azərsun Holdinq" fermerlərin bütün məhsulları qəbul edəcək

Metbuat.az

Onun sözlərinə görə, Holdinq həm öz, həm də yerli fermerlərin əkinlərinin bütün məhsullarını qəbul edəcək və eyni zamanda emal işini həyata keçirəcək.


S.Uzan bunu 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan olunması çərçivəsində bu il daha çox yerli məhsul istehsalının genişləndirilməsi, ixrac potensialının artırılması planlaşdırılması ilə əlaqələndirib: "Bununla biz idxaldan asılılığı azaltmaq, məhsullarımızı həm yerli, həm də xarici bazara çıxarmaq istəyirik".


"Azərsun" həmçinin ixracat potensialını artırmaq məqsədilə mövcud 100 min kv. metrlik "Green Tech" istixanalarının sahəsini 300 min kv. metrə çatdırmağı hədəfə alıb. "Bununla istehsalı gücləndirmək və istehsal olunan məhsulların 50%-nin ixraca yönəltməyi məqsədlərimizə daxil etmişik: Həmçinin istifadə etdiyimiz xammalı da ölkə daxilində əldə etmək niyyətindəyik, yəni zəruri olan xammalı xaricdən idxal əvəzinə özümüzdə yetişdirmək istəyirik", - deyə S.Uzan bildirib.


Qeyd edək ki, Holdinq iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları zamanı olimpiya kəndində idmançıları və medianın ərzaq təminatı üçün nəzərdə tutulmuş "Bazarstore"da ölkənin yerli məhsullarının nümayişi üçün yerli istehsalçıların

ı bura dəvət edir.