İqtisadiyyat

“Azerspace”də TV kanalların yayım tezliyi dəyişdirilir

Metbuat.az

[ 13 Mart 2015 16:16 ]



Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ayın sonunda “Azerspace” peykində televiziya kanallarının yayım tezliyi dəyişdiriləcək.

Bu barədə “APA-Economics”ə “Azərkosmos”un İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Məlumata əsasən, yeni tezliyə keçirilməsində məqsəd televiziya kanallarının yayım keyfiyyətinin artırılmasıdır.

Qeyd edək ki, 30 mart saat 03:00-da “Azerspace” peyki ilə yayımlanan TV kanalların yeni yayım tezliyi aşağıdakı kimi olacaq:

11169Mhz → 11175Mhz : S/R-27500 :  FEC 5/6 : Pol –H