İqtisadiyyat
Azerspace-1 peyki üzərindən yayımlanan yerli kanalların yayım tezlikləri dəyişilib
Bakı, 31 mart,
AZƏRTACQafqazın ilk peyk operatoru olan “Azərkosmos” ASC tərəfindən idarə olunan Azerspace-1 peyki üzərindən yayımlanan yerli TV kanalların yayım keyfiyyətinin artırılması məqsədi ilə yayım tezlikləri dəyişilib.
ASC-dən
AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar olaraq martın 30-da saat 03.00-da 11169Mhz tezliyində yayımlanan AZTV, Azad Azərbaycan, Xəzər, İctimai TV, Mədəniyyət, İdman Azərbaycan, İnterAz kanalları yeni tezliyə keçirilib.
Yeni tezliyin detalları qeyd olunub: 11169Mhz → 11175Mhz : S/R-27500 : FEC 5/6 : Pol –H.