İqtisadiyyat
“Azerspace 1” peyki sığortalandı
Bakı, 17 mart,
AZƏRTAC“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti “Altitude Risk Partners” şirkəti ilə müqavilə imzalayıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən
AZƏRTAC-a bildiriblər ki, müqavilə “Azerspace 1” peyki üçün birillik məsuliyyət sığortasının satın alınmasını nəzərdə tutur. Milli peykin məsuliyyət sığortasının satın alınması üzrə müqavilənin ümumi dəyəri 47,5 min dollar təşkil edir.